Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Metroda ləngiməyə rəsmi cavab: "Qatar sayı artırılsa, vəziyyət daha da gərginləşəcək"
"Metro xəttində səhər saatlarından texniki problem yoxdur".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov verib.
O qeyd edib ki, bu gün sıxlıq həddi bir qədər də çoxdur.
"Tənzimləmə məcburən girişlərdən aparılır. Əsas sıxlıq olan stansiyalarda qatarların yola düşməsi yalnız qapı ilə platforma arasında sərnişinə xəsarət yetirəcək problem olmadığına, qapılar bağlı olduğuna əminlik yarandıqdan sonra təmin olunur.
Məsələnin qatar sayı ilə də əlaqəsi yoxdur. Say artırılsa, vəziyyət daha da gərginləşəcək. Tunellər boyunca qatarlar ard-arda düzüləcək", - deyə B. Məmmədov bildirib.
Əzizə İsmayılova
Metronun "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən qatar "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarında dayanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qatar "İnşaatçılar" stansiyasında 6 dəqiqə, "Elmlər Akademiyası" stansiyasında isə 3 dəqiqə ləngiyib.
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Marmarayın mühəndisi Vüsal Aslanovun müşaviri oldu: 10 stansiyanı layihələndirəcək
- Bakı metrosunda qatarlar arasında interval niyə 9 dəqiqəyə çatır?
- Bakıda artıq bir neçə yeni metro stansiyasının yeri müəyyənləşdirilib
- "Ulduz" stansiyasında relsin üzərinə düşən sərnişinin vəziyyəti AÇIQLANDI
- Bakı metrosunda PROBLEM: Sərnişin relsin ÜZƏRİNƏ DÜŞDÜ
Rəylər