Mingəçevirdə kişi aldığı ağır bıçaq xəsarətindən sonra vəfat edib.
Oxu.Az xəbər verir ki, hadisə Günəşli yaşayış massivində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Xəyal Bayramov ürək nayihəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12