Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mingəçevirdə avtomobildə başlanan yanğın evə sıçrayıb
"Mingəçevir şəhərində minik avtomobilinin yanması nəticəsində yanğın yaşayış evinə də keçib. Fərdi yaşayış evinin qalan hissəsi isə yanğından mühafizə olunub".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən verilib.
"Mingəçevir şəhərində ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin mətbəxinin və hamam otağının lambirdən ibarət tavanı 18 kvadratmetr sahədə, bitişik ümumi sahəsi 18 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altında dayanan "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Mingəçevir şəhərində minik avtomobilində başlanan yanğın fərdi yaşayış evinə sıçrayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi, Bahar küçəsi 17 ünvanında qeydə alınıb.
Ev sahibəsi Qənirə Kərimova bildirib ki, əvvəlcə həyətdə olan "Opel" markalı avtomobil yanıb. Daha sonra alov 3 otaqlı evə keçib. Yanğında ev əşyaları da yanıb.
Hadisə zamanı qadın qızı və nəvələri ilə evdə olublar. Ailə pəncərələrdən çıxaraq xilas olub.
Yanğın hadisəsində yaralanan olmayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.