İngiltərə Premyer Liqasında "Vulverhempton"a məğlub olan "Tottenhem" (2:4) çempionatda artıq 17 məğlubiyyət alıb.
Oxu.Az xəbər verir ki, 2003/04 mövsümündən sonra bu, klub üçün ən pis nəticədir (19).
Həmçinin "Tottenhem" iki autsayder "Lester" və "Sauthempton"dan sonra cari Premyer Liqa mövsümündə 10 və ya daha çox səfər oyununda məğlub olan üçüncü komandadır.
Qeyd edək ki, növbəti mərhələdə londonlular doğma meydanda "Nottingem Forest"i qəbul edəcəklər. Görüş aprelin 21-də baş tutacaq.