Naxçıvanda 69 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Şahbuz rayonunun Şahbuzkənd kəndinin ərazisində baş verib.
Kənd sakini, 1956-cı il təvəllüdlü Ətlas Əli qızı Nəbiyeva ehtiyatsızlıqdan kənd ərazisində olan gölə yıxılıb. Qadın köməksiz vəziyyətdə qaldığından göldə boğularaq ölüb.
Samir Əli