Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Culfa rayonunda qeydə alınıb.
Culfa rayon sakini, 1998-ci il təvəllüdlü Yusif Xudaverdiyev idarə etdiyi 72-BB-375 dövlət nömrə nişanlı VAZ-21074 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək piyada 1961-ci il təvəllüdlü Muxtar Hüseynovu vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Qaynar xətt:
(055) 224 12 12