Naxçıvanda ər arvadını bıçaqlayıb.
Oxu.Az-ın məlumatına görə, Naxçıvan şəhər sakini, 1992-ci il təvəllüdlü Tural Zeynibəyli həyat yoldaşı Validə Zeynibəyli ilə mübahisə edib.
Mübahisə nəticəsində o, arvadına mətbəx bıçağı ilə bir zərbə endirib.
Qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili