Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Naxçıvanda sakinlərin gününü qara edən problem: "Yay-qış bu zülmlə yaşayırıq"
Naxçıvan şəhəri, 12-ci məhəllənin yolunun asfaltsız olması burada yaşayan sakinlərə çətinlik yaradır.
İllərdir yol problemindən əziyyət çəkən sakinlər dəfələrlə aidiyyəti qurumlara şikayət ünvanlasalar da, onların müraciətlərinə baxılmadığını deyirlər.
"70 ildir məhəllə bu gündədir. Şikayətimizə baxan yoxdur. Palçığın içində qalırıq. Yayda da, qışda da bu zülmlə yaşayırıq", – deyə sakin narazılığını bildirib.
Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, şəhərin bir neçə ərazisində, o cümlədən 12-ci məhəllədə yolların asfaltlanması və təmiri işləri ilə bağlı müvafiq qurumlara müraciət olunub.
Köməklik göstərildiyi təqdirdə yolların təmiri ilə bağlı işlərə başlanılması nəzərdə tutulur.
Daha ətraflı Baku TV-nin süjetində:

"Azərbaycanda yol problemi" teqi üzrə xəbərlər
- "Abşeronda yeni çəkilən yol su içində qalıb" - SƏBƏB NƏDİR?
- Qəbələnin Kürd kəndinin həll edilməyən problemləri: "Yayda tozdan, qışda palçıqdan gəzə bilmirik"
- İsmayıllıda kənd sakinləri çarəsiz qalıblar: "Aidiyyəti qurumlara müraciət etsək də, baxmadılar"
- Metronun "28 May" stansiyasının qarşısında çökən yol ilə bağlı AÇIQLAMA
- Hacıqabulda yolsuzluq PROBLEMİ: "Dəfələrlə desək də, HƏLL EDƏN YOXDUR"