Naxçıvanda yolların buz bağlaması səbəbindən avtomobil qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Kəngərli rayonu, Xok kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı iki avtomobil toqquşub, nəqliyyat vasitələrindən biri dərəyə aşıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Sözügedən hadisədən görüntünü təqdim edirik:
Naxçıvanda yolun buz bağlaması qəzaya səbəb oldu
Aygün Mirakif