Bakıda 74 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Rayon sakini - 1952-ci il təvəllüdlü Sevda Əkbər qızı Nəbiyeva yemək yeyərkən nəfəs borusuna qida parçası düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12