Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsində açıq qalan lük sürücülər üçün təhlükə yaradır.
Bu barədə Oxu.Az-a şikayət daxil olub.
Şikayətdə bildirilib ki, açıq lükə düşən avtomobillər ciddi texniki nasazlıqlarla üzləşir və maddi zərər görürlər.
Sakinlərin sözlərinə görə, həmin yolda çoxsaylı açıq lüklər var.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Görüntüləri təqdim edirik:
Məhərrəm Əliyev