Qatarda halı pisləşərək həyatını itirən sərnişinlə bağlı rəsmi açıqlama verilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 11-i, saat 8:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyası ərazisindən bir şəxsin huşsuz vəziyyətdə olması səbəbi ilə çağırış daxil olub.
"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 72 yaşlı (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunur.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Əzizə İsmayılova
Qatarda halı pisləşən sərnişin metronun "28 May" stansiyasında düşürüldükdən qısa müddət sonra vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin tibbi yardım göstərilib.
70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib.