Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Qəbələ rayonunun Vəndam-Nohurqışlaq yolunda baş verib.
"IM LS7" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Samir Əli