Qubada 50 yaşlı kişi bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 13-də rayonun Tülər kəndi ərazisində qeydə alınıb. Kənd sakini - 52 yaşlı Vasif Dadaşov münaqişə zəminində qonşusu olan 50 yaşlı Savalan Şeydayevi bıçaqlayıb.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.