2025-ci ilin İş Planına əsasən, dövlət vəsaitlərinin bərpası istiqamətində nəzərdə tutulan 101.5 milyon manata qarşı icra olunan vəsait açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Belə ki, bu məbləğ 93.9 milyon manat təşkil edib.
Digər tədbirlər, o cümlədən debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi üzrə isə planlaşdırılan 48.1 milyon manata qarşı cəmi 8.5 milyon manatlıq icra təmin edilib.