Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qubada evdə partlayış: Xəsarət alan var
Qubada partlayış hadisəsi baş verib. Hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb.
Kənd sakini, 68 yaşlı Laçın Ələsgərov evdə olarkən gecə saat 2 radələrində partlayış baş verib.
Zərərçəkənin oğlunun sözlərinə görə, partlayışa səbəb qaz sızması olub:
"Biz yatarkən partlayış səsi gəldi. Durduq, baxdıq ki, atam od tutub, yanır".
Xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan paytaxta - Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.
Xəstəxanadan bildirilib ki, yaralıya bədən səthinin 95-98%-i II-III dərəcəli termiki yanıq və yuxarı tənəffüs yollarının yanığı diaqnozu qoyulub.
Hazırda xəstə çox ağır vəziyyətdə Reanimasiya şöbəsində müalicəsini davam etdirir.
Ətraflı Baku TV-nin süjetində:

Quba rayonunun Qəçrəş kəndində qaz sızmasından partlayış baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, kənd sakini Laçın Ələsgərov evdə alışqanı yandırarkən qaz sızmasından partlayış olub.
Yanıq xəsarətləri alan L.Ələsgərov Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.