Qubada usta iş görərkən yıxılıb ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 27-də saat 11 radələrində rayonun Dağlı kəndində baş verib.
Kənd sakini 1979-cu il təvəllüdlü Vahid Seyidbala oğlu Stalov kənddə yerləşən fərdi yaşayış evində təmir işləri görən zaman yüksəklikdən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12