Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs öldü
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.
Lent.az xəbər verir ki, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Ruslan Vaqif oğlu Abdullayev Rusiya ordusunda Ukraynaya qarşı vuruşub.
Bir neçə gün əvvəl gedən döyüşlərdə R.Abdullayev həlak olub.
Onun cənazəsi ötən gün Zaqatalaya gətirilib və doğulduğu 3-cü Tala kəndində torpağa tapşırılıb.
Xatırladaq ki, daha əvvəl Lənkəranın Separadi kəndindən olan həmyerlimiz Zöhrab Əbülhəsən oğlu Əzimov Rusiyanın Belqorod şəhəri istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ölüb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər