Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
COP29-un Yaşıl Zonasında "Okeandakı plastiklər və təmiz dizaynın gələcəyi" adlı tədbir keçirilib
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada "Okeandakı plastiklər və təmiz dizaynın gələcəyi" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, dəyirmi masa arxasında Britaniyanın aparıcı materialşünaslıq şirkəti "KluraLabs"ın nümayəndələri okeandakı plastiklərin, innovativ istifadəsi, dövri həllər, təmiz və funksional dizayn mövzularında müzakirə aparıblar.
İştirakçılar əsasən yerli sahil icmalarını dəstəkləyəcək və qlobal miqyasda diqqət və müsbət təsir yaradacaq iqtisadi və sosial təşəbbüslərdən danışıb, eyni zamanda özəl sektor, QHT-lər və təsir yönümlü təşəbbüslər arasında əməkdaşlığı gücləndirmə ehtiyacını araşdırıblar.
Müzakirə maraqlı və qaynar keçib.
Daha çox foto burada: PhotoStock.az
Xanım Aydın
"COP29" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib
- Bakıda Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun rəsmi açılış mərasimi başa çatıb
- İcraçı direktor: "Könüllülük hərəkatını gənclərsiz təsəvvür etmək mümkün deyil"
- Qədir Xəlilov: "Ölkəmizdə könüllülük artıq simvola çevrilib"
- Azərbaycan Prezidenti: "Uşaqlar cəmiyyətin sabahıdır"