Şabranda eyniadlı çayın kənarında meyiti tapılan 63 yaşlı neftçi ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az Bizim.Media-ya istinadla xəbər verir ki, Siyəzən Neft və Qazçıxarma İdarəsinin işçisi Füzuli Paşayevin həmin gün istirahət günü imiş. O, yaşadığı kənddə tərəvəz sahəsində işləyərkən güclü selə məruz qalıb və həyatını itirib.
Mərhumun ailə üzvləri onun evə qayıtmadığını görüb Şabran Rayon Polis Şöbəsinə müraciət ediblər.
Qızının müraciəti əsasında Şabran polisi tərəfindən Şabrançayın Düzbilici kəndi ərazisində həyata keçirilən axtarış tədbirləri nəticəsində Füzuli Paşayevin meyiti tapılıb və ailəsinə təhvil verilib.
Şabranda çayda daha bir nəfərin meyiti tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev olduğu bildirilir.
Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Şabranda çaydan meyiti tapılan iki nəfərin kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, aprelin 16-sı saat 10 radələrində yağan güclü yağış nəticəsində Şabran rayonun Xəlifəlilər kəndinin ərazisindən 1970-ci il təvəllüdlü Neftçala rayon sakini Yaşar Musaoğlu Rəsulovun idarə etdiyi 90-EL-733 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil çaya aşıb.
Hadisə zamanı avtomobildə iki sərnişin olub.
Yaşar Rəsulov tapılaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaət bəxş qiymətləndirilir.
Lakin sərnişinlər - 1966-cı il təvəllüdlü Sabirabad rayon sakini Nurməmməd Qəhrəman oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Salyan rayon sakini Etibar Hafiz oğlu Nağıyevin həyatını xilas etmək mümkün olmayıb.
Axtarışlardan sonra onların meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Aygün Mirakif
Şabranda çaydan iki nəfərin meyiti tapılıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan iki nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.