Salyan rayonunda dörd yaşlı uşaq faciəli şəkildə ölüb.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, ailə əvvəlcə azyaşlının itdiyindən şübhələnərək onu axtarmağa başlayıb. Bir müddət sonra isə babası azyaşlının cansız bədənini həyətlərindəki su quyusunda aşkarlayıb.
Bildirilib ki, ailə həyətlərində quraşdırılmış müşahidə kameralarına baxıb. Görüntülərdə uşağın quyuya düşdüyü məlum olub.
Salyan rayonunda dörd yaşlı uşaq faciəli şəkildə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə martın 13-də axşam saatlarında rayonun Qaraçala qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini 2022-ci il təvəllüdlü Ə.A. həyətdəki su quyusuna düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli