Salyan rayonunda "Ford Transit" markalı sərnişin mikroavtobusu ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində beş nəfər - 1957-ci il təvəllüdlü Etibar Ağamməd oğlu Həsənov, 1969-cu il təvəllüdlü Xoşqədəm Əli qızı Veysəlova, 2006-cı il təvəllüdlü Gülşən Tehran qızı Veysəlova, 1992-ci il təvəllüdlü Əlihüseyn Qədəmşah oğlu Bağırov və 1995-ci il təvəllüdlü Adil Fəxrəddin oğlu Əkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.