Samux rayonunda kanalda batan 2014-cü il təvəllüdlü Mirmusa Musayevin meyiti sudan çıxarılıb.
Oxu.Az xəbər verir ki, Şəmkir Su Kanalının Samux rayonunun Qarabağlar kəndindən keçən hissəsində batan uşağın meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Samux rayonunda 2014-cü il təvəllüdlü Mirmusa Musayev su kanalında batıb.
Oxu.Az xəbər verir ki, hadisə Şəmkir Su Kanalının Samux rayonunun Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunublar.
Hazırda uşağın axtarışları davam etdirilir.