Samux rayonunda keçmiş qayınatası tərəfindən döyüldüyü deyilən şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, oktyabrın 6-da saat 01:40 radələrində bir nəfər (kişi cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Başın açıq yarası, üzün çapılmış yaraları, dəqiqləşdirilməmiş pnevmotoraks, said sümüklərinin dəqiqləşdirilməmiş hissəsinin sınığı diaqnozları təyin edilən şəxsə ilkin tibbi xidmət göstərilib.
Pasiyent daha ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Müvafiq şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.
Samux rayonunda sərxoş kişi keçmiş qayınatası tərəfindən döyülüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
1981-ci il təvəllüdlü Zülfü Səmədov küt alətlə döyülüb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Z. Səmədov keçmiş qayınatası tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı araşdırmalara başlayıb.
Samir Əli