Şəkidə altı nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, VAZ-2106 və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üç nəfərinin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.
Digər yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.