Şəkidə 28 yaşlı piyadanı vurub qaçan sürücü saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən "Volkswagen" markalı avtomobilin yeri müəyyən edilib və sürücü Coşqun Məmmədov saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a faktı təsdiqləyiblər.
Şəkidə avtomobil piyadanı vurub, sürücü hadisə yerindən qaçıb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Naməlum avtomobil yolda piyada, 1997-ci il təvəllüdlü Hasil Əsgərovu vurub hadisə yerindən yayınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Samir Əli