Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Əlövsət Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, hər iki şəxs əmioğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Şəmkir rayon sakini bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Əlövsət Həsənov həmkəndlisi 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaqla xəsarətlər yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov