Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şəmkir su anbarında elektrik cihazı ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib
Bildirilib ki, Su Polisi İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şəmkir Su Anbarında birgə keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Ağaməmmədov və C.Əliyev saxlanılıb. Onlardan rezin qayıq, tor, "domça" adlandırılan balıqovlama aləti, 1 ədəd enerji bloku, cərəyan artıran cihaz, qanunsuz ovladığı balıqlar və digər əşyalar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Qanunsuz ov etmə, balıq ovu (brakonyerlik)" teqi üzrə xəbərlər
- Lənkərançayda brakonyerlik edənlər saxlanılıblar
- Naxçıvanda ovçu saxlanıldı, fermasında dağ keçiləri aşkarlandı
- Bu gündən balıq ovu qadağan edildi
- Qanunsuz ov ətlərinin istifadəsi və satışı ilə bağlı restoranlara son xəbərdarlıq edildi
- Xəzərin Corat sahillərində qanunsuz balıq ovlayan şəxs ələ keçdi