Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, noyabrın 22-si, saat 8:00-da Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda hər iki şəxsin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saat 8:00-da Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 400-cü kilometrliyində baş verib.
Şəmkir sakini 1972-ci il təvəllüdlü Ramiz Rafiq oğlu Vəliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobillə 1971-ci il təvəllüdlü Füzuli Möhsüm oğlu Sadıqovun idarə etdiyi VAZ-2110 markalı avtomobil toqquşub. Hadisə nəticəsində Ramiz Vəliyev xəsarət aldığı üçün xəstəxanaya müraciət edib.
Əzizə İsmayılova
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.