Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospital edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, 2007-ci il təvəllüdlü 2 nəfər və 2010-cu il təvəllüdlü 1 şəxs bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozu ilə xəstəxanaya gətirilib və onlara zəruri ilkin tibbi xidmət göstərilib.
2007-ci il təvəllüdlü şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir və müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti stabil olan 2010-cu il təvəllüdlü şəxsin müalicəsi isə Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, MAZ markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Z.Səmədov dünyasını dəyişib. Yaralananlar isə 2008-ci il təvəllüdlü E.Cəbiyev, 2007-ci il təvəllüdlü E.Səfxanov və 2010-cu il təvəllüdlü R.Alıyevdır.
Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, rayon ərazisində avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.