Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi 2025 mövsümünün Dünya Qadın Seriyasının final mərhələsində qüvvəsini sınayacaq.
Oxu.Az xəbər verir ki, həlledici mərhələ sentyabrın 13-dən 14-dək Çinin Şanxay şəhərində keçiriləcək.
Final mərhələsində mövsümün reytinq xallarına əsasən ən yaxşı nəticə göstərmiş yeddi komanda ilə yanaşı, ev sahibi Çin yığması da mübarizə aparacaq.