Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəmkirdə səkkizotaqlı ev külə döndü
Şəmkirdə yanğın hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Ümumi sahəsi 280 kvadratmetr yaxın olan 2 mərtəbəli 8 otaqlı evdə anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir Rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı 2 mərtəbəli evin yanar konstruksiyaları 250 kv.m. sahədə əşyaları ilə birlikdə yanıb.
Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Yuxuya gedən yeniyetmə ölümdən son anda qurtuldu: Bakıda yanğın
- Bakıda 10 mərtəbəli yaşayış evində partlayış olub, xəsarət alan var
- Şəmkirdə qohumundan oğurluq edən şəxs evi yandırdı
- İranda qadın yanacaqdoldurma məntəqəsində avtomobili ilə birgə YANDI
- Pensilvaniyada aerokosmik sənaye istehsalı zavodunda güclü yanğın başlayıb