Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Masazırda avtomobil 33 yaşlı kişini xəstəxanalıq etdi
Abşeron rayonunda 33 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Masazır kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü Qalib Vaqif oğlu Dadaşov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
"Piyadavurma" teqi üzrə xəbərlər
Ən çox oxunanlar