Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla dolu yeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılma riskinin yüksək olduğu müəyyən edilib. 55 ton olan yanacaq çənində baş vermiş yanğın genişlənərək digər çənlərə keçməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən söndürülüb.
Bildirilib ki, yanğın nəticəsində yanacaq çəninə daxil olan rezin borudan sızan yanacaq yanıb. Yanacaqdoldurma məntəqəsi və yanacaqla dolu çənlər yanğından mühafizə olunub.
Şəmkir rayonunda yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.
Belə ki, kənd ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində qəfil yağın başlayıb.
Hadisə yerinə Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov