Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sərxoş halda qəza törədib bir nəfərin ölümünə səbəb olan həkimin cəzası azaldıldı
Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emil Əlizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və E.Əlizadənin cəzası 5 il 1 aya endirilib.
İttihama görə, hadisə 2021-ci il martın 12-də saat 1 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov ilə Yəhya Hüseynov küçələrinin kəsişməsindəki Bakı-Sumqayıt şosesinin körpü hissəsinin aşağı istiqamətində qeydə alınıb. Belə ki, Emil Firdovsi oğlu Əlizadə sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi 99-UZ-598 dövlət nömrə nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin - Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Şahin Mədətov hadisə yerində ölüb.
Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, Emil Əlizadə xəstəxanaların birində həkim işləyib.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Paytaxtda yük maşını işıqfora çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR
- Ağdamda AĞIR QƏZA: Ölən və xəsarət alanlar var