Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Seçki günü internet istifadəçiləri seçki məntəqəsindəki bütün prosesləri müşahidə edə bilərlər
"Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən geniş və səmərəli istifadə edilməklə, səsvermə günü də aşkarlığın və şəffaflığın böyük miqyasda təminatına nail olunub".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ölkəmizin seçki praktikasında uzun illərdir müvəffəqiyyətlə tətbiq olunan veb-kamera təcrübəsi seçki günü səsvermə məntəqələrində proseslərin gedişini internet üzərindən hamı üçün açıq platformada tam şəkildə, arasıkəsilmədən, habelə real vaxt rejimində dünyanın istənilən yerindən və heç bir qeydiyyat tələb olunmadan müşahidə etmək imkanı yaradır:
"Müxtəlif kateqoriyalı aşkarlıq institutlarının seçki prosesində rahat, asan iştirakı və sərbəst fəaliyyətləri üçün yaradılan hərtərəfli və geniş şərait baxımından Azərbaycan öncül ölkələrdən biridir. Mərkəzi Seçki Komissiyası veb-kameraların səsvermə günü aşkarlığın və şəffaflığın təmin olunmasındakı müstəsna rolunu nəzərə alaraq, qarşıdan gələn bələdiyyə seçkisində də 118 seçki dairəsi üzrə 1 000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verib və həmin məntəqələrin siyahısı rəsmi dərc olunub.
Seçki günü internet istifadəçiləri istər ölkə daxilində, istərsə də xaricdə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, müasir standartlara cavab verən və ən yüksək görüntü effektinə malik bu veb-kameralar vasitəsilə seçki məntəqələrindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə bilərlər".
Mərahim Nəsib
"Bələdiyyə seçkisi" teqi üzrə xəbərlər
- MSK sədri: "Adları bülletenə salınan namizədlərin sayı 16 mindən çoxdur"
- Bələdiyyə seçkisi ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
- Bələdiyyə seçkisi günü 18 yaşı tamam olan 153 seçiciyə xüsusi kartlar veriləcək
- Bələdiyyə seçkisində neçə seçki dairəsi üzrə üzv seçilib?
- MSK sədrinin müavini: "1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq"