Sumqayıt şəhərində 75 yaşlı kişi marşrut avtobusunda ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 1-də saat 11 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Abşeron rayon sakini, 1951-ci il təvəllüdlü Əlişir Əliyev şəhər ərazisində 10B saylı xətt avtobusunda sərnişin qismində olarkən qəfil halı pisləşib. O, avtobusda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12