Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BMW-nin sərnişin avtobusuna çırpılması ilə baş verən zəncirvari qəzada yaralananların durumu açıqlandı
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb, birinin vəziyyəti orta ağırdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsindən sonra yanvarın 4-ü saat 06:00-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Başın toxumasının əziyi diaqnozu təyin edilən 1961-ci il təvəllüdlü və sol baldırın əziyi diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Sol baldır sümüklərinin qapalı yerdəyişən sınığı diaqnozu təyin edilən 1980-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda qeyd olunub.
Sumqayıtda baş verən qəzada BMW markalı avtomobildə olan sərnişin və "KIA Ceed" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
O bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır:
"Yanvarın 4-ü səhər saat 06:54-də Sumqayıt şəhəri, Sülh küçəsi SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında BMW markalı 77-CX-915 dövlət nömrə nişanlı avtomobillə "Sumqayıt Nəqliyyat" MMC-yə məxsus 10 saylı marşrut xətti üzrə işləyən "Isuzu" markalı 50-AE-809 dövlət nömrə nişanlı sərnişin avtobusu, 10-TJ-127 dövlət nömrə nişanlı "Lexus", 99-DS-119 dövlət nömrə nişanlı "KIA Rio", 10-ED-420 dövlət nömrə nişanlı VAZ-2107, 77-EE-359 dövlət nömrə nişanlı "KIA Ceed" markalı avtomobillər toqquşub. Nəticədə BMW markalı avtomobildə olan sərnişin və "KIA Ceed" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Baş verən hadisə ilə bağlı araşdırma aparılır".
Aygün Mirakif
Sumqayıtda beş nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, səhər saat 7 radələrində BMW markalı avtomobil işıqforun qırmızı işığında sürətlə keçərək sərnişin avtobusuna və digər avtomobillərə çırpılıb. Nəticədə avtobus aşıb.
Xeyli sayda yaralı olduğu bildirilir. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.
Rəylər