Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Real Madrid"in ulduzu 12 oyunluq diskvalifikasiya oluna bilər
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Junior 4-12 oyun arası diskvalifikasiya oluna bilər.
Oxu.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Kral klubu"nun vingeri ötən gün La Liqanın XVII turundan təxirə salınan matçda "Valensiya"nın qapıçısı Stol Dimitrievskini itələyərək yıxıb.
Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan 24 yaşlı oyunçunun cəzası yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə "Real Madrid"in xeyrinə başa çatıb.
"Vinisius Junior" teqi üzrə xəbərlər
- Ərəblərin transfer planı - Vinisius yoxdursa, Rodriqo var
- "Əl-Əhli" Vinisiusa geri çevirə bilməyəcəyi məbləğ təklif edib
- Dünyada ən çox maaş alan futbolçu kimdir?
- "Real Madrid" klubunun Vinisius Juniorla bağlı apellyasiya şikayəti rədd edilib
- Vinisius Juniyor "Barselona" ilə görüşdə məğlub olduqları üçün "Real Madrid"dən ayrılmaq istəyir
Ən çox oxunanlar
Rəylər