Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Sumqayıtda "Embawood" şirkətinə məxsus anbarda baş verən yanğının qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Sumqayıtda daha bir yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, yanğın hadisəsi şəhərin İnşaatçılar qəsəbəsi, Azərbaycan prospektində "Embawood" şirkətinə məxsus anbarda başlayıb.
Hadisə yerinə FHN-in canlı texnika və qüvvələri cəlb edilib.
Qeyd edək ki, şəhərin Kimyaçılar qəsəbəsində də yanğın davam edir.

Samir Əli