Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Müsü Etibar oğlu Əliyev futbol oynayarkən qəfil halı pisləşib.
Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.