Sumqayıtda bıçaqlanan 36 yaşlı qadının son vəziyyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, qadına sol bazunun və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Ona zəruri tibbi yardım göstərilib.
"Eşitdiyimə görə, bıçaqladığı qadın sevdiyi qızın anasıdır" - qonşu Qədir Dünyamalıyev hadisə ilə bağlı danışarkən deyib.
Əməli törətməkdə şübhəli bilinən Kamran Dadaşlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Daha ətraflı Baku Tv-nin materialında:
Sumqayıtda 36 yaşlı qadın küçədə bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Kamran Dadaşlı qonşusu, 1989-cu il təvəllüdlü Mehriban Abdullayeva ilə mübahisə edib. Mübahisə nəticəsində o, qadını bıçaqlayıb.
M.Abdullayeva Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Samir Əli