Sumqayıtda məktəblini vurub öldürən sürücü saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, hadisəni törətməkdə təqsirli bilinən "Isuzu" markalı yük avtomobilinin sürücüsü Hüseynov İkram Əliaslan oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, hadisə şəhərin Koroğlu prospektində baş verib. R.Məmmədov Sumqayıtdakı orta məktəblərdən birinin 8-ci sinif şagirdi olub və dərsdən gəlirmiş.
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində baş verib. Yük maşını 2011-ci il təvəllüdlü Rəhim Şahin oğlu Məmmədovu vurub. Yaralı hadisə yerində dünyasını dəyişib.
R.Məmmədov Sumqayıtdakı orta məktəblərdən birinin səkkizinci sinif şagirdi olub və dərsdən gəlirmiş.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Aqil Vəlili