Sumqayıtda vurulan piyadanın kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, Əmrah Əfsər oğlu Həbibov idarə etdiyi "KIA Rio" avtomobili ilə Bakı-Quba yolunun 40-cı kilometrliyində, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində yolu keçmək istəyən piyada, 1940-cı il təvəllüdlü Nikolay Andreyeviç Asirov vurması nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli