Bakı şəhəri, Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində qeydə alınıb.
Belə ki, Orxan Elxan oğlu Göyçayev "BYD Seal 05" markalı avtomobillə piyada Yekaterina Serafimovna Əzizovanı vurub.
Qadın hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12