Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Xəzər rayonu ərazisində voleybol oyunu zamanı Mühammədhəsən Bağırzadə münaqişə yaradaraq Buzovna qəsəbə sakini olan qıza yumruqla xəsarət yetirib.
Hadisə ilə bağlı xəsarət alan şəxsin ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Faktla bağlı polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın keçmiş rəhbəri kimi tanınan Taleh Bağırzadə 2015-ci il noyabrın 16-da Nardaran hadisələri zamanı törədilən iğtişaşların təşkilatçılığında təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırzadə 20 il azadlıqdan məhrum edilib.