Tərtərdə qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində qeydə alınıb.
Kənd sakini 1991-ci il təvəllüdlü Emin Həsənzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən E.Həsənzadənin atası 1968-ci il təvəllüdlü Muğan Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.