Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bako Saakyan: "Qarabağa silah-sursat Ermənistandan gətirilirdi"
"Qarabağa silah-sursat Ermənistan Respublikasından gətirilirdi".
Oxu.Az xəbər verir ki, bunu martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bildirib.
O, işğal altında olan ərazilərdə hərbçilərin maaşının necə verilməsi barədə sualı da cavablandırıb: "Dağlıq Qarabağ"ın "büdcə"sində və "ordusu"nda bizim belə bir xərclərimiz yox idi. Bütün hərbi xərclər, verilən əməkhaqları, əsgərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Bunun bizə ayrılan "kreditlərə" aidiyyəti yox idi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
"Bakı Hərbi Məhkəməsi" teqi üzrə xəbərlər
- Bako Saakyan: "Qondarma rejimin "ordusu" Ermənistan silahlı qüvvələrinə tabe idi"
- Qukasyandan ETİRAF: "Qondarma rejimin "büdcə"sinə Ermənistan tərəfindən vəsait ayrılıb"
- Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"
- Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı YENİ İDDİALAR
- Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir