Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu. Az-ın məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.
Oktyabrın 16-da axşam saatlarında "Hyundai" və VAZ markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində "Hyundai" idarəetmədən çıxaraq yolun kənarında piyada, 1960-cı il təvəllüdlü Nazilə Cəfərovanı vurub.
Qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli