Bu gün saat 17 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində "Opel" və "Lada" markalı minik avtomobilləri toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində "Lada" markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Orxan Camal oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Bu zaman xidmətdən kənar vaxtda həmin ərazidə olan Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşı, daxili xidmət baş çavuşu Elxan Əhməd oğlu Mirişov dərhal qəza yerinə yaxınlaşaraq sürücünü deformasiyaya uğramış avtomobildən çıxarıb, ilkin yardım göstərib və təcili tibbi yardım briqadasına təhvil verib.
